8/10
·344 syf.··
2024 33. kitabı
·
25 saatte okudu
·
Okunma: 23 Temmuz 2024 00:00
Bir çox bölümündə ağladığım bu əsər... Əgər bu kitabı oxuyacaqsanız güclü qalmağa çalışın. Hər gənc qızın oxuması lazım olan bir kitabdır. Kitab bir qız üçün yaşana biləcək ən pis ssenari əsasında yazılıb. Qısaca danışsam ,Eden öz qardaşının ən yaxın dostunun təcavüzünə məruz qalır. Ona bunu heç kəsə deməməsini,desə belə ona heç kəsin inanmayacağını aşılayır. Eden bu sözlərin ardından heç kəsə deyə bilmir,bu hadisə isə onu gündən günə daha pis hala salır. Onu sevən insanların var olmadığına inanır, içində nifrət hissi gündən günə böyüyür. Son olaraq onu deyə bilərəm ki əgər bu mümkün olsaydı,Eden ,səni qucaqlamaq istərdim.
Oysa Ben EskidenAmber Smith · Yabancı Yayınları · 2020245 okunma
·
36 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.