Benjamin Buttonun qəribə hekayəsi.
Akın Altandan dinlədim. Bizim dilə tərcüməsi var.
Fitzgeraldın hekayəsi tələsik yazılmış gəldi və ya yazıçının bir ideyası olub , ancaq onu formalaşdırmaq, qurğulamağa səbri çatmayıb. Sanki, özü də öz yaratdığı obrazı əzməkdən , xor görməkdən xoşhallanır. Ya da insana biçilən ömrü tərsində yaradarkən obrazın həyatını mənalandırmaqdan qorxub və təsvirə gücü çatmayıb. Ancaq ideya o qədər gözəldir ki, rejissor ona filmdə əlavələr edib ,mənanı çatdıra bilib.
Məsələn kitabda Buttonun yoldaşıyla yaşı 50-dən aşağıya doğru getdikcə ,30-40 yaşlarda, münasibətləri tamamilə pozulur. Daha da cavnlaşıb ušaq yaşlara keçdikcə daha da tənha qalır. Filmdə isə Batn illər keçdikcə, balacalaşdıqca bir vaxtlar sevdiyi yoldaşınįn sevgisiylə bəslənir.
Bəlkə də yazıçı uşaq ağlıyla qocalığın yaddaş pozuntusunu bir tutur və normal körpəlikdən qocalığa olan ömrü, fantastik fikirlə qocalıqdan körpəliyə inkişaf şəklində göstərməklə gəldiyimiz yerə yenidən qayıdacağımıza işarə vurur.