Dahi spoiler var!!
Dahi deyə adlandırdığımız insanlar kimdi? Kimləri dahi adlandırmaq olar? Yucin Vitla bəzilərinə görə dahi idi. Nə kitablarda,nə də həqiqi həyatda hər tərəfli inkişaf edən insan yoxdur. Hər bir insanın səhvləri olur. Ancaq insanlar bu səhvlərdən nəticə çıxarmağı bacarmalıdırlar. Əlbətdə Yucin Vitla həqiqi həyatda yaşamır. Ancaq onun kimi ona bənzəyən insanlar da vardır. Romanda mənim fikrimcə heç bir insan doğru insan değil. Hər bir obrazın o qədər səhvləri oldu ki. Ən əsası da Yucin... Ah Yucin . Öz istedadın sənin üçün xoşbəxtlik ya bədbəxtlik gətirdiyini demək mümkün deyil. Xoşbəxtlik axtarışında olub onu çox başqa hisslərdə axtardın. Sonda isə... Əsərin belə bitməyi mənim üçün ideal son idi. Böyük Ancelanin ölməyi, Suzannanın geri qayıtmamağı, kiçik Ancela , Yucin yenidən rəssam olmağı. İnsan bəzən vaz keçməyi bacarmalıdır. Bu başqası üçün deyil, özü üçün faydalıdır. Əsər haqqında daha çox danışmaq olar. Ancaq bəzən çox fikir söyləmək əsərin ab-havasını pozur .