·560 syf.··Beğendi
···Okunma: 24 Temmuz 2024 14:14 Allen Kardek spritualizmin təməlini qoyan şəxsiyyətlərdən biridir. Nədir Spritualizm? Spritualizm ruhların varlığına inanan fəlsəfi doktrinadır. Cənnət və Cəhənnəm kitabını da elə bu mövzu ətrafında yazıb. Kitab 1865-ci ildə nəşr edilib. Kardec Spritualizmlə bağlı 5 kitab yazıb, onun 2-si bizim dilə tərcümə edilib. Digər kitab isə “Ruhlarla söhbət” kitabıdır. O kitabı da çox oxumaq istəyərəm. Teaspress tərcüməni çox keyfiyyətli edib.
“Cənnət və Cəhənnəm”də insan öləndən sonra onu nələr gözləyir, hansı cəzalara məhkum edilə bilər və ya ruh necə bağışlana bilər kimi mövzular ətrafında danışılır. Bütün bunlar mediumlar vasitəsilə ruhları çağıraraq, onlarla sual-cavab əsasında həyata keçirilən təcrübələrdən toplanan bilgilərdir. Ümumiyyətlə bu doktrinaya görə, dinlərin bizə aşıladığı cənnət və cəhənnəm onların dediyi kimi deyil. Çünki sprituallar deyir ki, insan dünyasını dəyişəndən sonra heç vaxt əbədi alov içində yana bilməz, yaxud da cənnət onların dediyi kimi əbədi gözəlliklərlə insana bəxş edilmir. Spritualların təliminə görə, Yalnız ruhlar dünyası var, cənnət də, cəhənnəm də oradadır. Bu dünyada etdiyimiz günahlar və savablar ruhlar dünyasında haqq-hesab edilir. Günahkarlara verilən cəza isə əbədi deyil. Ən maraqlısı da bu cəzaların azalması onlara edilən dualara bağlıdır. Kitabda Duanın insana nə qədər önəmli olduğu tez-tez vurğulanır.
İnsanlar kimi ruhlar da xeyirə, şərə, yaxşılığa, axmaqlığa və s. kimi insani xüsusiyyətlərə malikdir. Spritizm cənnət və cəhənnəmi qəbul etməsə də, heç bir dini inkar da etmir. Sadəcə olaraq onların inancları fərqlidir.
Kardek deyir ki: ölüm yalnız bədəni məhv edir, ruh yaşayır. Ölüm sadəcə bədənin fəaliyyətini dayandırır. Yəni bizim bədənimiz əynimizə geyindiyimiz bir paltardır və zamanı gəldikdə köhnəlir, yararsızlaşır.
Bu təlimə görə ruh bədəni tərk etdikdən sonra ruhlar dünyasına qayıdır. Bu dünyada etdiyi yaxşılıqlara və pisliklərə görə haqq-hesaba çəkilir. Əgər bu dünyada insan olaraq əziyyətli həyat yaşayırsansa, bu inanca görə sən keçmiş həyatında pis insan olmusan. Və yenidən başqa bədənlərdə doğulub təkamül etməlisən.
Maraqlı məlumatlarla dolu olan kitabdır. Marağınızı çəkəcək mövzudursa oxuyun.