·344 syf.··Beğendi
···Okunma: 23 Mayıs 2023 00:00 "Atamın ruhu" kitabından bir az sonra "Seçilmiş əsərləri"nə başladım. Nəzmi olduqca xoşuma gəldi. Bir neçə şeirindən bəndlər də dözməyib tətildən qabaq paylaşmışdım. Yenə bura da şeirlərindən hissələr qoyuram:
"Atamın əlləri" şeirindən:
Atamın əlini canlı heykəltək
Ömür körpüsündən keçirmək ola.
Atamın əlini özünə bənzər
Bir daşa, qayaya köçürmək ola.
Qırışlar üst-üstə qalaqlanan il,
Qayğıdır, ağrıdır, dərdin izidir.
Əllər bir nəfərin, bir nəslin deyil,
Bir dövrün təzadlar xəritəsidir.
️ "Xatirə qatarı" şeirindən:
Fikrimin işıqlı vadiləriylə
Bir maşın şütüyər, bir qatar gedər.
Orda illər boyu lal kədəriylə,
Gözlər dumanlanar, əllər yellənər.
"Yaşını demə" şeirindən (həyat yoldaşı Tənzilə Rüstəmxanlıya ithaf):
Ad günün mübarək sevincim, dərdim
Bu günə ən gözəl duyğumu verdim.
Sözün gül-çiçəkdi, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə!