İki obrazın başda dərin sevgi ilə başlayıb sonra onun yavaş-yavaş bitməsi ilə nəticələnən bir dram əsəri...
Əsər bir gənc xanımın özündən yaşca daha olqun bir insanla ailə həyatı qurub hər daim ona uyğunlaşma çabasından bəhs edir. Xanımın düşdüyü yeni mühitə çox tez bir şəkildə ayaq uydurması onlar arasında bitməz bir uçurum yaratdı. Bir-birlərinə bu qədər sıx bağlamalarına baxmayaraq, cəmiyyətin təsirləri bilavasitə münasibətin korlanmasında öz əksini tapdı. Lakin, yenə də düşdükləri hər vəziyyətdə mövzuya aydınlıq gətirmələri, problemləri gün üzünə çıxarmaları bu əsərin sonluğu üçün yaxşı zəmin yaratdı.
Əsərin ümumi məğzini kitabın bu sözləri ilə bitirmək daha doğru olar: Mən bu tartışlamaları çox sevirdim, çünki onları bağlayan sağlam sevgi ən çox bu tartışmalarda ortaya çıxardı...