·304 syf.··Beğendi
···Okunma: 29 Temmuz 2024 02:46 Bu kitabı oxuyanda bu qədər sevəcəyimi düşünmürdüm.Yazar hadisələri həmçinin duyğuları elə möhtəşəm əks etdirmişdi ki, oxuduqca əsas qəhrəmanın nələr yaşadığını birə-bir hiss etmək olurdu. Kitabın əsas hekayəsinə keçməzdən əvvəl bildirmək istəyirəm ki, kitabda bəhs olunan Frankenstein varlığın yox əslində alimin adı olur. Frankenstein həyat dolu biri olur. Bilgi və elmə duyduğu arzu onu daha çoxunu etməyə sövq edir. Araşdırmaları nəticəsində bir insan yaratmağı düşünür və bunu həyata keçirir. Lakin hadisələr gözlədiyi kimi getmir. Yaratdığı varlıq çox iri və qorxunc görünüşə sahib olur. Məhz buna görə də o öz yaradıcısı tərəfindən tərk olunur. Hər kəsin görəndə qorxduğu, lənət oxuduğu həmin varlığın bu dönəmdə yaşadığı situasiyalar onu pis əməllər görməyə vadar edir. Bu kitabda mənə ən çox təsir edən hissə isə ətrafdan sevgi dilənərkən görüntüsünə görə hər dəfəsində yaşadığı problemlər oldu. Oysaki ehtiyacı olan sadəcə sevgi və anlayış idi... Kitabın sonlarında isə baş verən dəhşətli hadisələr nəticəsində Frankenstein həmin varlığın izinə düşüb onu öldürməyi planlayır. Hadisələrin gedişatı və sonu çox maraqlıdır.Kitabı oxumağınızı tövsiyyə edirəm.
Xoş oxumalar!!!