Azərbaycan dilində kitab oxumaqdan Qanun nəşriyyatının boynu, qıçı qırıq tərcümələri nəticəsində nifrət etmişdim. Yerli yazıçılarımıza isə ən başdan ön yarğılı olmuşam. Son bir ay ərzində oxuduğum iki yerli əsərdən biri məhz bu kitabdır. Və önyarğılarımı qırmağımda başlıca rolu oynadı nə yalan deyim. Kitaba dünən başlamışdım bugün bitirdim. Sonluq haqqında ən başından bəzi fikirlərim var idi, ancaq sonda baş verən hadisəni həqiqətən gözləmirdim. Ya da ki, o qədər müxtəlif şeylərə fikir verirdim ki, elə kitabın əsas obrazı kimi mən də göz önündə olan şeyi görə bilmədim. İdk. 4/5. Məktublar arxasındaPərviz Seyidli