Puan vermedi·604 syf.····Okunma: 25 Temmuz 2024 20:08 Məşhur Modam Bovaridən sonra bu əsəri oxumaq onun kimi zövq vermədi, sözün düzü. Əsərin qəliz tərəfləri, qarışıqlığı və mənasız uzadılması, xırdaçılığı xoşuma gəlmədi. Əsas məğzə gəlmək üçün o qədər yersiz təsvirlər, dialoqlar var idi ki.
Nədənsə, klassik əsərlərin əksəriyyətində qadın obrazlarını yüngül əxlaqlı göstərmələri, evli qadınların digər kişilərlə münasibətin qabardılması xoş nüans deyil. Bu əsərdə də sevmədiyim məqamlardan biri də məhz qadınların əxlaq cəhətdən zəif, qurursuz göstərilməsi idi.
Əsərin əsas “qəhrəmanı” Fredrik Parisə təhsil almağa gedir və özündən yaşca böyük Madam Arnuya aşiq olur. Madam isə evlidir. Amma eşq nə eşq, deyirəm e sizə )) Adamın qəlbi sanki market idi Madam Arnunu sevsə də digər qadınların da ürəyini xoş tutmağı özünə borc bilirdi)). Ümumiyyətlə Fredrik nə istədiyini bilməyən, xəyal dünyasında yaşayan biri idi. Hissləri, fikirləri o qədər qarışıq idi ki, hərdən onun yerinə mən yorulurdum. Çox maraqlıdır ki, digər qadınların bir-birindən xəbəri olsa da, bu vəziyyəti qəbul edirdilər. Sözün açığı “Hisslərin tərbiyəsi” mənim üçün yorucu əsər oldu, sadəcə olaraq sonu marağımda olduğu üçün bitirdim.
Əsərdə Bir insanın öz hisslərinə hakim ola bilməməsi, öz yolunu tapa bilməməsi, qadınpərəstliyi, şəhvətinin hərisliyi kimi mövzular yer alıb. Verilən mesajdan anlamış oldum ki, insan gərək kim olduğunu, nə istədiyini, hansı yolu tutduğunu bilsin. Yoxsa öz hisslərini tərbiyə etməsən ömür boyu Fredrik kimi yarımçıq, dağınıq qalacaqsan.
Əsər təkcə sevgi münasibətləri üzərində qurulmayıb, həmçinin siyasi məsələlərdən, dostluq münasibətlərindən, ailə-məişət problemlərindən də söz açılıb. Oxuyun oxutdurun kitablarla qalın