8/10
·151 syf.··
2024 23. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Ağustos 2024 20:14
Çox sevərkən eyni zamanda nifrət elədiyim fransız ədəbiyyatının ən çox oxunan əsərlərindən biri, Volterin isə ən məhşur povesti olan bu kitab məni həm "niyə indiyə kimi oxumamışam", həm də "kaş elə heç oxumayaydım" deməyə vadar elədi (Baxmayaraq ki bir hissəsini uşaq vaxtı haradansa oxuduğumu kitabın yarısında cümlələrdən birini xatırlayanda başa düşdüm). Leibnizin optimizim fəlsəfəsinə qarşı çıxmaq məqsədilə yazılan əsərdə hər şey ürəkbulandırıcı dərəcədə iyrəncdir. Amma bu qədər iyrənc olmasının səbəbi əsərdə baş verənlərdən savayı az qala 300 il keçməsinə baxmayaraq vurğulanan bütün nöqtələrin müasir "ədalətli" dünyamızda hələ də eyni səviyyədə qalması gerçəyidi. Oxuyarkən gah ürəyim bulandı, gah həyatı sorğuladım, gah da boş-boş divarlara baxdım. Üstəlik əsərdə elə bir qadın obraz yoxdur ki, onlar haqqında hər hansı bir cümlədə məni iyrənti qarışıq bir vahimə və qəzəb basmasın. Özümü çox zaman nikbin bir insan olmağa çalışdığım və buna inandırdığım üçün Pangloss qədər axmaq hiss eləyirəm hələ də, bu nöqtədən geri qayıtmağım üçün nə qədər yavan romantizmlə başımı qatmaq ya da neçə mənasız fərdi inkişaf kitabları oxumağım lazım olar, bilmirəm. Xülasə, mənim kimi psixologiyanız zəifdirsə və özünüzü bir az da bataqlığa sürükləmək istəsəniz, mütləq oxumanızı tövsiyə edirəm.
1000Kitap
Candide ya da İyimserlikVoltaire · Can Yayınları · 20237bin okunma
·
70 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.