İkili yanaşma
Puan vermedi·160 syf.··
2024 10. kitabı
İlk öncə, kitabı 2 aspektdən incələdiyimi qeyd etmək istərəm. 1. Biznes planın hazırlanma fazaları 2. Digər xırda təfərrüatlar Ümumi strukturu öyrənmək, hansı punktlardan istifadə etməli olduğunumuzu və biznes planın işlənmə ardıcıllığını anlamaq istəyənlər üçün kitab faydalı olacaq. Lakin digər tərəfdən əgər xırda təfərrüatları ilə öyrənmək istəyənlər varsa, kitabın dilinin birbaşa tərcüməsinə görə çətinlik çəkə bilər. Çünki verilən misallar xaricilərdən nümunə olduğu üçün anlamaqda və ya onu lokalla əlaqələndirməkdə müəyyən qədər problem yaşana bilər. Nəticə etibarilə, biznes planı öyrənmək istəyənlər üçün kitabda maraqlı tərəflər və yararlanacaq çox hissələri var. Faydalanmağınızı tövsiyə edərəm :)
Biznes Planların HazırlanmasıHarvard Business Review · Teas Press Nəşriyyatı · 201622 okunma
·
15 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.