Gönderi

10/10
·284 syf.··
2024 8. kitabı
Sanki davam edəcəkmiş kimi, adi bir roman oxuyurmuş kimi davam edən oxumam sonda üzləşdiyim gerçəklə birlikdə bu kitabın əslində gerçək, həyatda həqiqətən də yaşamış birinin gündəliyi olması həqiqəti ilə məni alt-üst etdi. Boğazım düyümlənir deyə bir ifadə var, yazdıqca o hissi birə bir yaşıyıram. Açığı baş rolu uşaq və ya yeniyetmə olan kitablarda həmin baş rolların böyüməklərinə şahid olduğum kitabları çox sevirəm, amma çox təəssüf və kədərlə əsla Annenin böyüdüyünü görə və oxuya bilməyəcəm. Çünki onun həyatı bu gündəliyin son səhifəsində olmasa da, bir toplama kampında tək başına sonlandı. Bir də atasının bu yazıları oxuyandan sonra necə kədərləndiyi fikirləşmədən dura bilmirəm. Həyat çox qəddar ola bilir. Bir atanın ailəsindən geriyə qalanın sadəcə onu çox sevdiyini hər səhifəsində qeyd etdiyi qızının gündəliyi olduğu kimi. Sadəcə bu gündəlik ona qızının düşüncələrini bölüşür amma eyni zamanda da hər səhifədə ona ən böyük acıları yaşadır.
Anne Frank'ın Hatıra DefteriAnne Frank · Türkiye İş Bankası Kültür Yayınları · 20178,8bin okunma
·
8 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.