Kitabı oxuyana qədər Şəms-i Təbrizi haqqında çox az məlumatım var idi. İlk öncə kitabın Şəms-i Təbrizinin yazmış olmasını zənn edirdim,məyər isə onun Mevlana Cəlaləddin Rumi ilə söhbətlərindən,onların yaşamından və sonda şəhid edilməsindən bəhs edən bir kitab olduğunu bildim.Kitabda bir insanın huzurlu yaşaması üçün çox gözəl dini və fəlsəfi fikirlər var.Xüsusilə Cəlaləddinin Mevlana olmasının səbəbkarı elə Şəms-i Təbrizi olmuşdur.Oxuyacaq olan hər kəsə xoş mütaliələr.