Puan vermedi·180 syf.····Okunma: 21 Ağustos 2024 04:18 Kitabi bir nəfəsdə sıxılmadan oxudum.Çox maraqlı,gözəl işlənmiş kitabdı.İlk olaraq kitabı ərsəyə gətirən Hafiz Əhmədova və “Çapar” nəşriyyatına təşəkkür edirəm.Kitab Azərbaycan Xalq Cumhuriyyətinin varisləri ilə söhbət əsasında yazılıb.Kitabda qürurlandığım,sevindiyim anlar çox oldu,lakin kədərləndiyim anlar da oldu.Bəzi ədiblərimizin nəticələrinin onlar haqqında çox az bilməsi,evlərində uşaq vaxtdı “Ana dilində” danışılmaması məni dərindən üzdü.O insanlar Azərbaycan üçün yaşamışdılar və indi nəticələrinin çox az məlumat bilməsi çox üzücüdü.Sevindirən səbəblər də çoxdu.Bir çoxları gözəl işlər qurmuş hətta Azərbaycanı da təmsil edirlər bu çox qürurverici bir haldır.Atası erməni olan Əsadulla Surenin özünü Azərbaycanlı olaraq tanıtması da insanı içdən içə sevindirir.Ə.Suren deyir ki “Yaşasın Azərbaycan,yaşasın İran!”,mən də deyirəm ki “Yaşasın Cənublu Şimallı Azərbaycan!”