Stefan Zweig'in ən şedevr əsərlərindən biri. Məcburiyyətdən sonra Stefanın ən sevdiyim kitablarından biri oldu bu da. Ümumiyyətlə Stefanın bütün əsərlərində bu axıcılığı aydın görmək olur. Nə sürgün, nə işgəncə, nə cəza heç biri yalnızlıq qədər ağır deyil. Əsər bunu göstərməyə çalışır. Aylarca bir otağda tək qalan Doktor B, yalnızlıqdan çox əziyyət çəkir. Nəhayətində bir kitab əldə edir və bu kitab Şahmat kitabı olur. İlk öncə bu Doktor B'yə sıxıcı görünsə də sonralar kitabla bağlılıqı yaranır. Dünya çempiyonu Çentoviçin bu qədər nadan və təkəbbürlü olmasına baxmayaraq necə bu qədər soyuqqanlı olub ardıcıl qalib gələ bilməsi sualı qoyulur ortaya.. Bəs Doktor B'nin yerində biz olsaydıq sonumuz necə olardı? Görəsən Doktor B'nin əlinə Şahmat kitabı yox da başqa kitab keçsəydi nələr baş verərdi?..
Psixoloji janrda olan bu kitabı çox bəyəndim. Sizlərə də oxumaqı tövsiyyə edirəm.
Xoş mütaliələr.