Gönderi

Puan vermedi·700 syf.··
2024 13. kitabı
·
98 günde okudu
·
Okunma: 19 Ağustos 2024 13:10
Kitabın qalınlığı sizi qorxudursa , qorxun çünki qorxmağa dəyər bir kitabdır ,həm də mövzu baxımından.... . Müəyyən bir hissəsinə qədər illərin dostluğundan -- Stepan Trofimoviç və Varvara Petrovna arasındakı " dostluqdan " bəhs edən kitab , ortalarına doğru siyasətdən, dindən , ruslardan daha doğrusu ruslara nifrətdən bəhs etməyə başlayır. Donos yaratmaq, insanlar arasında çaxnaşma yartmaq istəyən "şeytanların" dialoqlarında itib -batırsan....... Bal hissəsində baş vermiş cinayət hadisəsindən sonra diqqətini yenidən kitaba verə bilirsən. Krilov və Şatovun haqsız yerə öldürülməsinə məyus omuşdum sadəcə. Necə deyərlər qurunun yanında yaş da yanar. Kitaba bir -bir daxil olan obrazlardan bəhs etmədim hələ. Bir müddət sonra kimlərin kimin nəyi olduğunu unudursan. Kitabı maraqlı edən sadəcə Dostoyevskinin bəzi maraqlı sistatları idi. Çünki bir müddət sonra söhbətin nə olduğunu bilmədiyin söz yığını oxumağa başlayırsan... Dostoyevskinin bu əsərini oxumaq səbr tələb edir deyərdim. Əgər siyasətə marağınız varsa oxuyun, yoxdursa onsuz da yarım buraxacaqsız. Xoş mütaliələr. P.s oxuduqca qeydlər etməyi unutmayın, təhlil etdiyiniz zaman lazım olacaq, ağlınıza həmin vaxt gəlmiş şərhi mənim kimi sonunda unutmamağınız üçün))
Edebiyat
ŞeytanlarFyodor Dostoyevski · Şerq-qerb Yayınları · 20147,3bin okunma
·
208 Gösterim
1 Yorum
Dostoyevski yaradıcılığından ən sevdiyim əsərlərdən biridir bu. 5 il əvvəl oxumuşdum. Qarışıq idi, bəli, amma çox dərin bir təsir buraxmışdı...
Adətən təsirlənənlər bu kitabdakı mövzunun nə ilə bağlı olmasını araşdıranlar olur. Araşdırmadan oxuduğuma görə məndə təsiredici bir qüvvə yaratmadı. Görünməyəni yox oxuduğumu təhlil etməyi daha çox sevirəm. Sevmisinizsə nə gözəl. 💜🙂
1 yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.