·216 syf.··Beğendi
···Okunma: 23 Ağustos 2024 14:43 Hamımız ən azı bir dəfə ölməyi düşünmüşük. Bunu özümüzə etiraf etməkdən çəkinməyək. Bəziləri hətta bunu etmək istəyib uçurumun kənarından da dönmüş ola bilər..
Ölkəmizdə intihar faizi hər il daha da çox artmaqa davam edir. Niyə mübarizə aparmağa çalışmırıq? Həqiqətən niyə düşmənik bu həyata? Keçmişdə insanların ölümünə səbəb olan ən böyük problem vəba virusu idi...Bu dövrün də vəbası: "Ümidsizlik, dözümsüzlük, həyata tutuna bilməmək."
Həyatı sevə bilmir insan. Xoşbəxtliyi düzgün yerlərdə axtara bilmir. İnsan insanı sevə bilmir. Öz kiçik dünyasını yaradır. Ora heç kimi buraxmır və o balaca dünyasından da bezib, özünü dünyanın pəncərəsindən atır.
Heçnəyin sonu yoxdur. Bir otağa girəndə duvara yumruq vuranda arxasının boş olduğunu hiss edə bilirsən. Səmaya baxanda günəşi, ayı, planetləri görürsən. Onlardan milyonlarca kilometr uzaqlıqda olan ulduzları görürsən.. Bəs buda sondurmu? Xeyr. Onlarında arxasında galaktikalar, planetlər, beynimizin algılaya bilməyəcəyi qədər uzaqlıqda bəlkə də heç vaxt xəbərimizin olmayacağı obyektlər..bəlkə də fərqli insanlar, fərqli mədəniyyətlər.. Ölümün də bir son olduğu hələ Homo Sapiensə təxminən 40.000 illik ömründə məlum olmayıb. Hərhalda ki axirət dünyasına inam da ölüm qorxusundan yaranıb ilk başlarda.. Bəs kimlər əsl cəsarətli olanlardır? Özünü öldürüb sonunu bilmədiyi bir yola çıxan, yoxsa bu dünyanın bütün çətinliklərinə göğüs gəlib hələ də var olmağa çalışan?..
Hər ikisinə bir cavabım var. Həm axirət dünyasına inananlara həm də inanmayanlara.. Axirət dünyası varsa əgər..Özünü öldürmək yerinə çəkdiyin əziyyətlərin qarşılığının o dünyada gözəl olacağı ümidi ilə yaşamaq. Bizə verilən bu çox kiçik sonsuzluğumuzun dəyərini bilmək. Filmin sonunu bilirik deyə filmi sonadək izləməkdən imtina etməmək.
Axirət dünyasına inanmayanlar ümumiyyətlə əllərində sadəcə bir həyatın olduğunu bilirlər. Bu həyat. Və özlərini öldürmək yerinə onlara verilən bu bircə qısa həyatı yüksək dəyərləndirmək. Son nəfəsini verənədək xoşbəxt olmağa çalışmaq.
Kitabı çox bəyəndim. Oxumağınızı tövsiyyə edirəm..
Sonda qeyd edim ki, nə qədər ki içinizdə ümid var yaşamağa davam edin. Bəs ümid sönsə özünüzümü öldürməlisiniz? Xeyr. O ümid şamını içinizdə yenidən yandırın.