Kitab, Çar Rusiyasında 1905-ci il inqilabından əvvəlki yaxın keçmişi bizə əks etdirir və hekayəni, o dövrün toplumunun sürü düşüncəsi ilə mədəni süqut axınına qapılmağını, sənayeləşmənin gətirdiyi mexanikləşmənin insan üzərində təsirlərini və bunlarla mübarizəni mövzulardan bir qədər kənar olan lakin bütün bunları anlamağa çalışan bir ananın gözündən çatdırır.
Əsər o dövrün və o coğrafiyanın şərtlərində atılmalı olan addımların nə olması ilə bağlı olaraq sizi düşünməyə vadar edir. Özəlliklə əsas personajların aktının səbəbləri aydın şəkildə əks olunub. Əsas da ana və oğlu arasındakı möhkəm, hörmətə və sevgiyə dayanan münasibət oxuyucuya dolğun şəkildə çatdırılıb.
Roman olaraq ələ aldığım zaman kitabı bəyənsəm də əsər iqtisadi və siyasi fəsəfəsi ilə mənə xitab etmədi. Kasıblığa tərif edən və xüsusi mülkiyyəti pisləyən personajlar heç şübhəsiz ki, yazar Maksim Gorki 'nin sosialist düşüncəsinin təzahürüdür. İnsanlara bu kimi düşüncələri təbliğ etməyə çalışan yazarın İtaliyada villa sahibi olmuş olduğu gerçəyi də ayrı bir ironiyadır...
AnaMaksim Gorki · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201534,4bin okunma