Sevgiyə Qarşı Duran Çətinliklər və Ayrılıq
9/10
·206 syf.··
Beğendi
·
2024 24. kitabı
·
6 günde okudu
·
Okunma: 05 Eylül 2024 21:30
Qurban Səidin "Əli və Nino" romanı təkcə sevgi hekayəsi deyil, həm də Azərbaycanın çətin və qarışıq tarixi dövrünü təsvir edən bir əsərdir. Hekayə 1918-ci illərdə, Azərbaycan müstəqillik uğrunda mübarizə apararkən baş verir. Əli, azərbaycanlı müsəlman bir oğlandır, Nino isə gürcü xristian qızıdır. Onların sevgisi, fərqli mədəniyyətlərdən gəlmələrinə baxmayaraq, çox güclüdür. Əli ilə Nino cəmiyyətlərinin, ailələrinin təzyiqi ilə üzləşirlər. Onların sevgisi, bir tərəfdən Şərq və Qərb mədəniyyətlərinin toqquşmasını göstərir. Fərqli din və adət-ənənələrə baxmayaraq, bir-birinə olan sevgiləri bu çətinlikləri dəf etməyə çalışır. Lakin, bütün səylərinə baxmayaraq, qarşılarına çox böyük maneələr çıxır. Müharibə, siyasi qarışıqlıqlar və ailələrin təzyiqləri onları sınağa çəkir. Hekayənin ən təsirli tərəfi isə onların qovuşa bilməməsidir. Əli Vətən uğrunda mübarizə aparır və nəticədə həlak olur. Nino isə ondan ayrı qalmaq məcburiyyətində qalır. "Əli və Nino" əsəri, sevginin hər çətinliyə qarşı mübarizə aparmasını göstərir, amma bəzən həyatın amansız reallıqları buna mane olur..
1000k
Əli və NinoKurban Said · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 03,280 okunma
·
44 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.