Spoiler!!! Biraz gec oldu ama yazmaq istədim.
8/10
·185 syf.··
Beğendi
·
2024 19. kitabı
·
4 günde okudu
·
Okunma: 19 Temmuz 2024 15:26
Mən Azərbaycan bədii ədəbiyyatına İsmayıl Şıxlı ilə başlamışam sözün düzü. Və əsərlərini də çox sevmişəm. İlyas Əfəndiyevin əsərini oxuyanda onun İsmayıl Şıxlıdan heç də geri qalmadığının şahidi oldum. Bu mənim İlyas Əfəndiyevdən oxuduğum ilk əsərdir. Kitaba oxucunu özünə çəkən sirli birşeylər var idi sanki. Obrazların cana yaxınlığı məni valeh etmişdi. Xüsusən Nuriyyə obrazı. Mən Nuriyyəni çox sevdim. Nuriyyəyə hər nə qədər yazığım gəlsə də o bu ifadəni sevmirdi özünə qarşı. Nurriyyə həmişə özünü güclü göstərməyə çalışır. Həmişə özündən nəsə fəda edir. Buna ən yaxşı nümunə onun canından çox sevdiyi leytenantı ilə yaşaya biləcəyi gözəl günləri başqasının xoşbəxtliyi üçün fəda etməsidir. Burda Nuriyyə haqlı idi mi? Bu biraz qəliz sualdır. Mən bu sualın cavabını hələ də axtarıram əslində. Murad obrazı sevgisinə vaxtında sahib çıxa bilməyən obrazdır mənim gözümdə. Xüsusən oğlanlar bəhanə gətirməyi çox sevirlər bu mövzuda. (Səni tapa bilmədim) Tapardın! Tapmayıb qaçıb tez biri ilə evlənib. Hətta ilk görüşdə qıza deyir ki, biz bir-birimizdən heç ayrılmayacayıq. Hər nə isə. Nuriyyə kimsəsiz olduğu üçün Muradda təsəlli tapır. Və bu başa düşüləndir. Ama onun əziz leytenantı gəlmir... Əslində Nuriyyənin Hümməti sevməyini çox istəmişdim. Hümməti gözümdə çox yaraşıqlı biri kimi təsəvvür etdim özümdən aslı olmayaraq) və xasiyyətcə də çox qəlbə yatımlı oğlan idi. Bunlardan başqa əsərdə çox zərif cümlələrə rast gəldim. Bunlardan biri: (o isə mənim üçün vətəndaşların ən əzizi deyil mi?) Cümlənin şirinliyi) Kitabda iki kənd arasında ziddiyyətlərin də şahidi oluruq. Elə Hümmət obrazı daha çox bunları həll etmək istəyəndə gözümə girmişti) Və bacarmışdı da. Nurriyyə o kəndə gələndə və kənddən gedəndə epizodları canlanır gözümdə. Tək canı ilə nələr etmişdi o? Nələr etməmişdi ki? Onun dəyişdirdiyi ən birinci adamlar İmi ilə Cimi olmuşdu. İmi və Cimi heç bir iş görə bilmir bütün günü onun bunun sözünü danışırdılar. Hətta belə bir alıntı da var idi ki çox haqlı bir alıntı idi. (Bu qaydadır iradələri o qədər də güclü olmayan adamlar ürəkləri istəyən işi tapmayanda, ora-bura əl atırlar, əsl insanlıqlarını itirməyə başlayırlar.) Nuriyyə onlara insanlıqlarını qaytarmamışdı mı? Bundan başqa o insanlara incəsənəti, ədəbiyyatı sevdirmişdi. Ümumiyyətlə ədəbiyyat oxumaq maraq üçün deyil. Ədəbiyyat başqalarının nə hiss etdiyini başa düşmək üçündür. Əsl kitab oxuyan insanlar mənim fikrimcə daha humanist olurlar. Ümumiyyətlə kitab oxuyan bir insan məncə insanlıqdan çıxmış, heç kimi vecinə almayan biri ola bilməz. Əgər varsa məncə nə oxuduğuna şübhə ilə yanaşmalıdır. Çünki mənim qarşıma bəzən kitab satılan mağazalarda kobud alıcılar çıxır. Və məndə marağa səbəb olur ki necə ola bilər yəni? Mən bunu hər şeyə susmaq, başımızı aşağı salmaq mənasında demirəm. Amma qarşımızdakını başa düşməyə çalışmağımız ən insani özəlliyimizdir, məncə. Nəysə uzun oldu məndən bu qədər.
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 19591,308 okunma
·
215 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Möhtəşəm incələmə🌝🤍 O qədər gözəl yazmısınız ki, fav kitabımı yenidən oxumaq istədim 🥹🫀doğrudanda insanın qəlbinə toxunan,yuva salan bir əsərdir
Səma Qasımova
Gönderi Sahibi
Yaa təşəkkürlərr🫠🫠🫠