Puan vermedi·120 syf.··Beğendi
···Okunma: 15 Eylül 2024 14:42 Bəzən belə kiçikhəcmli kitablar, oxduğum yüzlərlə səhifəli irihəcmli kitablardan daha təsirli olur. Şeirlər kimi… Bu kitab da onlardan biridir. Kiçik cümlələrə sıxışdırılmış dərin mənalar, quşların diliylə insanlara göndərilən mesajlar. Səma, uçmaq, qanadı olmaq, uzaqlar azadlıq kimi gəlir adama. Amma azadlığın mənasının qanadın varlığıyla ölçülmədiyini, iki ayağımızı yerə möhkəm basaraq, özümüzün, gücümüzün fərqinə varmağımızla azad ola biləcəyimizin bir başqa sübutudur bu əsər. Amma insan təbii ki, özünün olanlarıyla yox, heç vaxt sahib ola bilməyəcəyi qanadların azadlıq vasitəsi olduğuna inandırır özünü. Buna görə də, əzizim Con, təkcə quşları yox, insanları da azad olduğuna inandırmaq çox çətin məsələdir.