·916 syf.··Beğendi
···Okunma: 21 Kasım 2020 00:00 Əsərin adı yəni, 11/22/63 Amerika prezidenti Con Kennedinin Dallasda qətlə yetirildiyi tarixdən götürülmüşdür… Bu dünyanı sarsan tarixdən təxminən yarım əsr keçmişdir amma iki məsələ hələ də açıq qalır: həqiqətən tətiyi çəkən Li Osvald idimi? Əgər o idisə, o, təkbaşına mı hərəkət etmişdi?
Lakin 11/22/63 romanı bunların heç birinə cavab vermir… Çünki bu tamamilə təxəyyülün məhsulu olan bu səyahət zaman daxilində maraqlıdır…
Siz də yəqin mənim kimi kitabı açan kimi o dəqiqə prezident Kennedynin sui-qəsd planından oxumaq istəyəcəksiniz amma bu belə deyil əsər cox geridən nə qədər qəribə görsənsə də, 2000li illərdən başlayır… Amma necə?
-Əsər Lisbon orta məktəbinin müəllimi olan Cek Eppinin dilindən danışılır, öz işində, adi həyat keçirən Ceklə, bir gün o məktəbin yeməkxanasında işləyən El Templton zəng edərək görüşmək isdədiyini söyləyir.
-El Templton məktəbin yeməkxanasını işlətsə də nə qəribədir ki, ərzağı, xüsusən də ət yeməklərini ucuz qiymətə satdığı üçün hər kəs onun vaxtı keçmiş ərzaq satdığını düşünərək onun yeməkxanasında oturmur…
Cek Templtonla görüşdükdə El ona qərinə bir sirr açır, mətbəxinin anbarında bir qapı vardır və o qapıdan çölə çıxdıqda insan özünü 1958ci ildə görür bir sözlə zamanda geri gedərək orada yaşaya bilər amma bir nüansı da yaddan çıxarmayaq ki, səyahət edən insan təkrar qayıdıb geri dönərsə orda neçə il yaşayırsa yaşasın qayıdarkən sadəcə 2 dəqiqə keçmiş olur..
Elin Cekə qəribə bir təklifi var… O qapıdan keçib 58ci ilə qayıtmaq və orada yaşayıb zamanı gəldikdə prezident Cohn Kennedynin öldürülməsinə əngəl olmaq… Bəs Cek bunu bacaracaq mı? Ümumiyyətlə Ceki zaman səyahətində nə gözləyir?
Əgər sizin üçün də bu suallar maraqlıdırsa və ümumiyyətlə o illərin Amerikasının həyat tərzini, yaşayışını en xırda detallarına qədər bilmək istəyirsinizsə, həyəcan, qorxu və mistika dolu bu romanı oxuyub zovq ala bilərsiniz…