·120 syf.··Beğendi
···Okunma: 25 Ağustos 2023 00:00 Yusif Vəzir öz gündəliklərini çox sevib. Onun "Dəftəri gülşəni-cavanlıq" adlandırdığı bu dəftərlər "ruhunun bioqrafiyası" (R.Rollan) idi.
Ona görə də gündəliyə bir dost, sirdaş kimi müraciət edir: "Ey mənim gündəliyim! Bu dəfə də məni sakitləşdir və mənə xeyir-dua ver. Öz səhifələrinlə məni aydınlaşdır ki, mən nələr çəkmişəm və nahaq yerə öz vicdanıma belə əziyyət vermişəm. Nahaq yerə mənim başımın üzərində ildırım çaxır və kədər qəlbimi sarır! Nahaq yerə!" (11 aprel 1908)
️ Sitarənin də bir gün gündəliklərinin toplandığı bir kitab mümkündürmü?! ️
Bir hissəsi rus dilində, digər hissəsi Azərbaycan türkcəsində yazılmış bu gündəliklər mövzu baxımından bir-birindən fərqlənir. Gündəliklər Yusif Vəzirin təxəyyül-düşüncə obrazıdır, bədii ifadə resurslarının gerçəkləşdiyi məkandır. Zəngin yaşam təcrübəsinin yaddaşda qeydə alınmasıdır. "Bir cavanın dəftəri", "Həyatım", "Həyatımın 20 ili" kimi mətnlər məhz gündəlik təcrübəsinin nəsr formasına çevrilməsidir. Müəllifin həyatında, ölkədə baş vermiş siyasi-mədəni hadisələrin, maliyyə çətinliklərinin ilk sevgi yaşantılarının düzümü bu əsərlərin süjetini maraqlı edir.
Taleyindən narazılıq, bəxtindən şikayət bu dəftərlərdə əsas motivlərdən biridir. Gündəliyin hər cümləsində, hər ritorik sualında və nidasında taleyini, gələcəyini düşünən bir gəncin səmimi etirafları yaşayır.
1905-ci ildə Şuşada azərbaycanlılar və ermənilər arasında düşən qanlı nifaq Yusif Vəzir Çəmənzəminli ailəsini Şuşadan didərgin salır və beləcə gündəlikdə ilk "vida mətni" yer alır: "Əlvida! Ey sevgili kitabxanam. Sağlıqla qal, istəkli Bayronum. Kim bilir, bəlkə geri qayıtmayacağam. Bəlkə qəza qürbət ellərdə mənə əcəl şərbəti hazırlayır..." (8 iyun 1905)
Yusif Vəzirin bütün ömrü kitabların içində keçmişdi. Qardaşı Əbulhəsənin ölümündən sonra ev kitabxanası onun ixtiyarına verilir. Şuşa Realnı məktəbinin zəngin kitabxanasında rus və Avropa klassiklərini mütaliə edir. Bayron, Lermontov, Turgenev, Tolstoy, Çexov.. onun ədəbi totemləri, ədəbi əcdadları olur.
#aimraabooks