10/10
·128 syf.··
2024 23. kitabı
·
8 günde okudu
·
Okunma: 15 Ekim 2024 23:44
Həyatı sorğulamaq, dünyada niyə var olduğumuzu araşdırmaq, həyatın mənasını axtarmaq hər birimizi müəyyən müddət narahat edən məsələlər olub. Kimi bu sullara səthi yanaşır, kimi dərinə edir. Bir reallıq var ki, nə qədər dərinə getsən, öyrəndiklərin çox olur və hər adı fikri qəbul etmək istəmirsən. Verilən cavablar səni qane etmir və həyatın mənasını axtararkən onun mənasız olduğu fikri səni ağuşuna alır. Kitabda sırf bu mərhələləri keçən, intihar həddinə çatan, sonda yenidən inanca qayıdan bir insanın etiraflarını oxuyuruq. İnanca qayıtmaqla yanaşı, yenə də inancın mövhumatını, ağlın qəbul etmədiyi tərəfləri sorğulayan birindən gedir söhbət. Bu insan elə müəllifin özü Tolstoydan başqası deyil. Bunu kitabın ön sözündən oxuyub bilmək olar. Həmçinin, kitabı oxuduqca, yazıçının hər detalı belə dəqiqliklə təhlil etməsi də bütün prosesləri birbaşa özünün yaşamasına işarədir. Kitabda müxtəlif şəxslərdən sitatlar gətirərək öz ruh halını onlarla müqayisə edir, həyatdakı məna axtarışı səfərini oxucu ölə bölüşür müəllif. Nəşriyyata gəldikdə, "Parlaq imzalar"ın işi həmişəki kimi gözəldir. Nəşr, tərtibat, tərcümə - hər şey qaydasında idi. Təkcə, redaktədə 2 kiçik səhv gördüm, onları da nəşriyyata yazacam.
EtirafLev Tolstoy · Parlaq İmzalar · 202429,3bin okunma
22 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.