9/10
·240 syf.··
Beğendi
·
2024 24. kitabı
Məşhur bir vəkil olan Culian Məntl fasiləsiz işləyərək,yalnız və yalnız öz sərvəti barədə düşünür,davamlı var dövlətini artırmaq həvəsi ilə durmadan istirahətsiz çalışır və günlərin bir günü məhkəmə əsnasında huşunu itirərək yerə yıxılır. Müəyyən vaxt xəstəxanada müalicə alır və anidən çox ciddi bir qərar verərək Hindistana üz tutur.Bundan sonrakı ömrünü daha anlamlı yaşamaq arzusunda olan Culian,Himalay dağlarının yüksəkliyində yaşayan bir dəstə müdrik adamın yanına çatmaq üçün çox əzmkarlıq göstərir.Sonunda onları tapır və bir müddət orada yaşayaraq,onların adət ənənələrini,günlük yaşam tərzlərini öyrənir və mənəvi rahatlığa qovuşur. Geri qayıtdıqdan sonra isə dostu onu tanımır,belə ki,qarşısında həddən artıq gəncləşmiş,enerji dolu və çox müsbət auralı Culianı görüncə heyrətlənir. Culianın gəncləşməsinin,mənəvi rahatlıq tapmasının sirri nə idi? O öz dostuna kömək edə biləcəkmi? Bütün bu suallara kitabı oxuduqca cavab tapa bilərsiz Düşünürəm ki,əgər bu kitabda qeyd olunanları öz gündəlik həyatımıza tətbiq etsək,çox gözəl nəticələr əldə edə bilərik Robin Şarmanın bu mükəmməl kitabını hər kəsə şiddətlə oxumağı məsləhət görürəm
Ferrarisini Satan RahibRobin Sharma · Qanun Nəşriyyatı · 023,7bin okunma
·
25 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.