Puan vermedi·208 syf.··
2024 12. kitabı
Dayatılmış bir modernizmin gerçək üzünü bilmək üçün mütləq bu kitaba göz gəzdirməlisən. Çağdaş dövrün bizə öyrətdikləri və "Müasirlik" adı altında qoyulan biədəb standardlar kitabın əsas məğzini əhatə edir. Oxuduqca qeyd etdiyim notları sayıb çatdıra bilmərəm. Hər cümləsi özünü sorğulayan hər kəs üçün bir fərqindəlik yaradır. Əminliklə deyə bilərəm ki, əsl Qadın olmağın strukturlaşmış və kitaba tökülmüş formasıdır. Gündəlik həyatda elədiyimiz və normal bildiyimiz amma əslində böyük problemlərə səbəb olacaq şeylər iffətimiz üçün çox önəmli bir hissəni təşkil edir. İctimai, sosial, siyasi həyatda qadın rolunu izah edən bu kitab, əslində əsl qadın azadlığın hardan gəldiyini və bünövrəsini anladır. Toz qondurmadığımız "Avropa" mədəniyyətinin qadına dəyər vermə anlayışı da artıq bu kitabdan sonra ciddi şəkildə sorğulanır. Kitabda da deyildiyi kimi: Fransa, bir kongrede kadının insan olup olmadığını tartıştı. Sonunda erkeğe hizmet etmek üzere yaratılan bir insan olduğu kanaatine varıldı. Alman filozof Schopenhauer de, kadının dayak yemek, güzel beslenmek, ve hapsedilmek için yaratılmış bir hayvan olduğunu iddia etti. Nəticə olaraq, deyə bilərəm ki, acı reallıqları qəbul edə biləcək hər bir oxucuya bu kitabı şiddətlə tövsiyə edirəm.
Felsefe ve Düşünce
İslam'ın Kızınaİhsan Şenocak · Hüküm Kitap · 20165,2bin okunma
19 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.