10/10
·376 syf.··
2024 10. kitabı
·
8 günde okudu
·
Okunma: 27 Ekim 2024 19:19
Bir insanın həyatda tutacağı mövqeyini ilk növbədə ailəsi müəyyənləşdirir.Sevgi ilə böyüməmiş və ailəsinin parçalandığının şahidi olan - Villinin həyat hekayesi.Sevgisiz bir övladın və valideynlərinin özünü tərk etməsinin nəticəsi olaraq Villi də özünün qurduğu ailədə xoşbəxtçilik tapmır.Həyatın xoşbəxtçiliyini anlamır.Atası və anasına tükətdiyi nifrət onu həyat eşqindən soyudur.Uşaqlığında sevgi anlarında qazanmış futbol karyerasında kı uğurlar onu xərçəng xəstələrinin müalicə aldığı Anderson xəstəxanasında calışan bir işçiyə cevirir.Bu xəstəxanada kı hər bir xəstə ölümə yaxın olduğu üçün "mələk" adlandırılır.Villi nə qədərdə məcbur qalsada istəməyərək Visam adlı "mələk" ilə tanış olur.Bura bir çox mələklərin göyə yüksəlişinin şahidi olub.Hər birinin də öz yazısı,öz hekayəsi.Onların arasında Visamın həyatı tamam fərqli idi.Ölümə nə qədər yaxın olsada Visamın həyat eşqi və Villiyə dəstəyi Villi üçün geridönüş nöqtəsi olur.Villi Visamın həyatını öyrənir.Visam ilə qurduğu əbədi və ilk dostluq Villini həyatı və ailəsini sevməyinə yardımçı olur.Mələklər vardır biz heçbir zaman onları görmərik.Varlığına və bizim yanımızda olduğuna inanarıq.Mələklər də vardır ki,insan cildində olar və biz heçbir zaman onları unutmarıq.Bu həyatı sevgi xilas edəcəyinə sübut edəcək bir roman.Kitabda deyildiyi kimi - "Hər ömür bir tablodur.Valideynlər o tablonun kətanını,tale çərçivəsini,cəmiyyət isə rənglərini verir.Çəkmək isə bizim öhdəmizdədir.Nə qədər yaşayırsan,nəfəs alırsan,yıxılmış divarı qaldırmaq həmişə mümkündür.
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,496 okunma
·
34 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.