İsland ədəbiyyatından maraqlı, illustrasiyalı hekayə.
Əsl COP 29 ilinə uyğun müzakirəlik kitab oldu.
Məktəbdə maraqlı müzakirəsi olardı. Ancaq, sonrasînda da zehni açmaq ,fərqindəlik yaratmaq üçün müzakirələr ola bilər yenə də.
Hekayəmizə gəldikdə , acgözlülüyün , tamahkarlığın insanın özünə və dünyaya verəcəyi zərərin mükəmməl hekayə hörgüsü vardı.
Hekayəmizdə planetdə sadəcə uşaqlar yaşayır, böyüklər yoxdur. Yaşıllıq, bolluq, heyvanlar, macəralar var.
Yazıçının tamahkarlığın qocalıq gətirdiyini , paylaşmağın isə içimizdəki uşağı bəslədiyini, hətta uşaq kimi qaldığımızı göstərən maraqlı yanaşması vardı.
Fikrimcə bu kitab uşaqlarîn da şərhləriylə birlikdə oxunulmalı, müzakirə edilməli kitabdır.