·392 syf.····Okunma: 31 Ekim 2024 16:05 Gec də olsa nəhayət ki, Martin İdenlə mən də tanış oldum. Olduqca popularlıq qazanmış kitab olmasını tədricən anladım. Cek Londonun özündən bir parça olaraq əsəri qələmə alması fərqli baxışdan romanı oxumamağıma səbəb oldu. Romanları dəyərləndirərkən hər zaman baş verən hadisələrə fokuslanmıram, xarakter analizinə və onun yaratdığı frekansda digər obrazlarla dialoqlarına və mesaja xüsusi diqqət yetirirəm. Martin İden əslinə bir kəşf romanıdır...özünü kəşf yəni. Romanda Martinin həyatına bir çox insan daxil olur amma özünə yeni yol çəkməkdə və reallıqla üzləşməsində həmin insanlar ona "vasitəçilik" edirlər deyə düşünürəm. Məsələn elə Ruth, Martinin özünü kəşf etməsinə vasitəçilik edən obrazlardandır. Sevgi hekayəsi olaraq başlasa da fərqli duyğularla münasibətlərini oxudum. Həqiqi mənada Martin şəxsiyyət olaraq yetişir.
Romanda sinif ayırımı çox açıq işlənmişdi. Bununla yanaşı Martin hər nə qədər savad olaraq eyni zamanda şəxsi inkişaf anlamında özü ilə işləsə də cəmiyyət olaraq möhkəmlənən düşüncə qəlibləri bunu qırmağa imkan vermirdi. Çox təəssüf ki, günümüzdə də bu kimi ön yarğılar hələ də davam edir...əsəri oxuyanlar nə dediyimi anlayacaqdır. Romanın gedişatı və obrazımızın keçirdiyi psixoloji böhran isə romanın istiqamətini başqa yönə dəyişdirdi...daha çox yazmayacam. mütləq oxunmalı kitablardandır mən gec oxudum amma siz siz olun daha erkən oxuma fürsətiniz varsa şans verin deyərdim. Kitabla qalın...