Puan vermedi·360 syf.····Okunma: 20 Mayıs 2025 21:58 İlk incələməm olduğu üçün tam bacardığımı bilmirəm amma cəhd etdim
spoilər var deyə bilərəm:)
Cəfər Cabbarlının əsərləri həmin dövrün ən aktual mövzularını aydın şəkildə izah edir.Buna görə də ən çox sevdiyim dramaturqa çevrilib.Bu cilddə də əks olunan hər bir pyesi mövzusuna görə bu gündə cəmiyyətimizdə qalmaqda davam edən problemlərə toxunulub.
1."Vəfalı Səriyyə"
Öz sevgisinə sədaqətlə yanaşan Səriyyə və Rüstəm obrazları yaradılmışdır.Bir-birini dərin məhəbbətlə sevən bu gənclərə qarşı cahilliyi nümayiş etdirən,istəklərini bir qanun kimi qəbul etdirən cəmiyyət durur.Dramaturq Qurban obrazı ilə gücünə,puluna,qılıncına arxalanan cahil gəncliyin nümayəndəsini yaratmışdır.Böyüklərin simasında isə amansız,qəddar,sevgidən məhrum obrazlar yaradılmışdır.Ancaq hər zaman bu cəmiyyətə qarşı duran insanlar da mövcuddur.Pyes də sonda haqq bərqərar olur.
2."Solğun Çiçəklər"
Bir-Birini sevən iki gənc -Sara və Bəhram.Pula,şöhrətə,şəhvani hisslərə uyan Bəhram bivəfalıq edir.Öz sevgisinə xəyanət edir.Ancaq saf qəlblə sevən Sara sona kimi Bəhramı sevir və sevgisi yolunda ölür.Bu ölüm Bəhramın vicdanının sızladır,xəstə hallara salır.
(Mənim fikrimcə,öz nəfsinə hakim ola bilməyən insan öz sevgisinə də sahib çıxa bilməz.)
3."Nəsrəddin şah"
Pyesdə Öz əhdinə sadiq çıxan gənclər və öz təbəələrini azad,hür yaşamasını təmin edən Mirzə Rza xan obrazı yaradılmışdı.Lakin acgöz xanlar buna imkan vermir.Xanın ailəsini didərgin salır.Buna baxmayaraq övladları öz əhdlərinə sadiq çıxır.Xan ilk öncə övlad qisasını almaq istəsədə mümkün olmur,sonda bütün millətin,məzlumların intiqamını alır.Nəsrəddin şah obrazı isə eyş-işrət başını qatmış,millətin dərdi yadına da düşmür.Dövlət acgöz,saxtakar xanların,vəzirlərin əlin də oyuncağa çevrilib.
Məncə,bu qədər kifayətdir,yetərincə spoilər verdim