Qaraqan (Elxan Zeynallı) mənim üçün hər zaman öz həyat fəlsəfəsi, fərqli yanaşma tərzi olduğunu düşündüyüm yazıçı, musiqiçi olub. İlk tanışlığım illər öncə rap'larıyla başlayıb. İndiyə qədər də treack'lərini dinləyirəm, amma kitablarını oxumağa o qədər əvvəldən başlamamışam.
Qaraqanın digər əsərlərində olduğu kimi "Evakuasiya" da insanın öz daxili dünyası və kənar dünya arasındakı anlaşmazlığı əks etdirir bir növ. Axıcı bir əsərdir, başladıqdan sonra davamlı oxuma istəyi yaradır. Tarix, dini biliklər, masonluq, fantastika, sevgi və s. hamısı birlikdə təsvir olunub.
Kitabın sonunda Qaraqan belə bir sual verir: "Bilmirəm demək olarmı ki, bu xoşbəxt sonluqla bitən ilk əsərimdir?" Özünün də dediyi kimi, "hər yarımçıq sonluqdan sizin azad düşüncəniz və seçiminiz başlayır." Fidan və Kənanın vəziyyəti üçün dəyərləndirsək, xoşbəxt sonlu sayılar, bəli. Amma bu yolda verilən qurbanlara baxsaq nə dərəcədə xoşbəxt adlandıra bilərik ki?
Overall: 7/10️