Gönderi

7/10
·122 syf.··
2024 24. kitabı
·
5 günde okudu
·
Okunma: 09 Kasım 2024 16:27
Russonun həyatının son illərində yazdığı bu əsər, olduqca dərin düşüncələri özündə ethiva edir. 10 gəzintidən ibarət olan kitabın əsas mövzusu, Russonun artıq özü ilə hesablaşması, təbiəti araşdırması, özünü necə rahatlatacağını anlamasından ibarətdir. Təbii ki, ömrünün son iki ilində yazdığı bu əsərin daxilində, Russonun artıq həyatla, insanlarla mübarizəsinin bitdiyini, sadəcə son illərində həyatdan zövq almağa çalışdığını aydın şəkildə anlayırıq. Qeyd etməliyəm ki, Russo bu əsəri bitirə bilməmişdir. Əsər, o vəfat etdikdən (1778) 4 il sonra çap olunmuşdur. Filosofun bu kitabı insana hədsiz mənəvi zövq verməklə bərabər, insanı öz yaşlılığı barəsində düşünməyə də məcbur edir. Bu qaçahaqaçın mənasız olduğu həyatda, yalnız özümüzlə məşğul olmaq və özümüzdən həqiqətləri gizlətməmək zəruridir.
1K
Yalnız Gezenin DüşleriJean-Jacques Rousseau · Ayraç Yayınları · 20025bin okunma
·
118 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.