Dedik, başımıza yağan daşların
Çoxu təsadüfdür, azı – zərurət!
Rəhman Babaxanlı 'lı ilə ilk tanışlığım...vəə çoxx təəssüf ki şair həyatını araşdırmağa başlayanda artıq aramızda yox idi..
Rəhman Babaxanlı ...1948ci ildə Ağdam rayonunda anadan olub, 12noyabr 2014cu ildə vəfat etmişdir...
Dünyada hansı sözü desən
Ayırmaq olar hecalara,
Vətən kəlməsini yox.
Dünyada hansı əşyanı desən, bölmək olar, atomu elektronlarından belə
hər nəyi varsa,
Vətən torpağını yox....
deyən şairin misraları vətəndaşlıq şəhadətinin özünəməxsus poetik dillə ifadəsidir. Qarabağın ağır günlərində “Şuşaya ən çox gedib-gələn şair” (“Yol” qəz., № 14, fevral, “Xalq Ordusu”, №3, 25.02. 1992), Şuşanı son dəfə görən şairdir.
Rəhman Babaxanlı yaradıcılığında əsaslı, aparıcı yer tutan, mövzu-mündəricəsini təşkil edən Vətən,Qarabağ, Şuşa mövzusu eyni zamanda ədibin möhürünə, onun ədəbi ünvanına, cevrilir.Şair öz yaradıcılığına Azərbaycan xalqının yeni əsr, yeni minillikdə başına açılan problemlərini də gətirib, Qarabağ dərdini, qaçqınlıq, köçkünlük faciəsini, xalqın taleyinə yazılan dərdləri əhatəliliklə işıqlandırıb.
Birdən yadımızdan çıxar Qarabağ,
Birdən yadımızdan çıxar məhəbbət.
Birdən yadımızdan çıxar yaşamaq,
Birdən yadımızdan çıxar şəhidlər...
Duyan qəlb, düşünən ürək, sadəliklə səmimiyyət arasındakı məsafəni böyük insanlıqla fəth edən Rəhman Babaxanlı ...Sevgi hörmət və ehtiramla anırıq...(12.11.2024)
Sizin də dediyiniz kimi "Ən böyük vətəndaşlıq səmimiyyətdir.. "