Dünya klassikasında bir çox oxuyucunun ən sevdiyi olan o əsər.....
Oxuduğum və mənə ən çox təsir edən kitablardan biri oldu. Sözün düzünü desəm heç bir kitab bu qədər təsir etməmişdi,taa ki Ceyn Eyrə qədər. Əsər baş qəhrəman olan Ceynin valideyinlərini itirdikdən sonra dayısının himayəsinə qalması ilə başlayır. Çox keçməmiş dayısı da vəfat edir və dayısı arvadının himasinə qalır. Əri ölərkən Ceynə yaxşı baxacağını vəd etməsinə baxmayaraq, heç də vədinə sadiq qalmır. Dayısı arvadının evində gördüyü münasibətə dayana bilyən Ceyn kiçik yaşlarında evi tərk edib məktəb oxumaq istəyir. Dayısı arvadı isə bu istəyinə əsasən, onu yatılı məktəbə yollayır. Bundan sonra isə, gələcəkdə onun təhsil həyatı, iş həyatı və ən əsas da sevgi münasibəti gözləyir. Sonluğun isə xoşbəxt bitməsi bu kitaba vurulmaq üçün başqa bir səbəbdir. Ülkər BabayevaCeyn EyrCharlotte Brontë