Ə.Haqverdiyev mollanəsrəddinçi yazıçılardan idi. Əsərlərini tənqidi realizm üslübunda yazırda. Kitabda yazıçının nəsr əsərləri, "Marallarım" silsilə hekayələri və bir neçə dram əsəri - "Ağa Məhəmməd Şah Qacar", "Pəri cadu", "Ac həriflər" yer alır. Əsərlərinin dili sadə və axıcı, mövzusu maraqlı və olduqca gözəl idi. Burada cəhalət, yalançı din xadimləri, öz mənfəətlərini güdən dövlət adamları və s. tənqid hədəfinə çevrilir. Burada ən sevdiyim hekayə və dram əsərini seçmək olduqca çətindi. Amma "Ata və oğul" əsəri mənim üçün təsirli idi. Hər birinizə bu əsəri oxumağınızı tövsiyə edirəm
Kitabda sevmədiyim nüans isə şriftlərin çox kiçik olması və fonetik səhvlər idi. Təəssüf ki, Kitab Klubu nəşriyyatında belə səhvlərlə çox qarşılaşmışam. Amma öz ədəbiyyatımızın belə gözəl əsərlərini nəşr etmələri isə təqdirəlayiqdi🩵