·423 syf.··Beğendi
···Okunma: 17 Ekim 2024 00:00 Bildiyiniz kimi Səfəvilər dövlətinin qurucusu olan Şah İsmayıl Xətai həm də çox gözəl bir şair idi. Həm siyasətdə, həm də ədəbiyyatda yeniliklər etmişdi
Lirik və epik növdə əsərlər yazan şair divan ədəbiyyatına heca vəznini gətirmiş, əsərlərini həm əruz, həm də heca vəznində yazmışdır. Xətai şeirlərini üç dildə - azərbaycan, ərəb və fars dili də yazmışdır. Ana dilində "Nəsihətnamə" və "Dəhnamə" məsnəviləri vardır. Əsərlərində sufi, səfəvi-qızılbaş görüşləri də təbliğ olunub. Məhəbbət mövzulu əsərləri, təbiətə həsr olunmuş şeirləri yaradıcılığında əhəmiyyətli yer tutur
Bu kitabda şairin qəzəlləri, heca və əruz vəznində şeirləri, bayatıları, "Nəsihətnamə" və "Dəhnamə" əsərləri yer alır