·224 syf.··Beğendi
···Okunma: 22 Ekim 2024 11:39 Kitabı çooox sevdim. İlyas Əfəndiyevin əsərləri elə gözəl incə duyğular yaşadır ki
Yazıçı əsərlərində, əsasən zəhmət adamlarını təsvir edir. Onların böyük ümidlərlə ölkənin gələcəyi üçün çalışması və bütün bunları sevgi ilə etməsi, ailənin, dostluqların, sevgilərin, qonşuluğun, ən əsası da insanlığın bu qədər qiymətli olmasını çoox sevdim. Müəllifin, demək olar ki, bütün əsərlərində bunu hiss etmişəm və belə zamanlarda kaş o dövrdə olsaydım dediyim çox olub
Əsərdə universiteti yeni bitirmiş Nuriyyə işləmək üçün kəndə göndərilir. Kəndə gəldikdə insanların ona olan rəftarı, onu öz doğmaları kimi görmələri kimsəsiz qıza çox gözəl təsir edir. Qapısı bağlı qalmış Mədəniyyət evi, kitabxana onun gəlişi ilə tamam başqa cür olur
Nuriyyə bu kənddə bir sürprizlə də qarşılaşıram. Lakin bunun qarşısında duruşu və iradəsi ilə bir qadının nə qədər güclü və nəcib ola biləcəyini göstərir
Əsərdə çox sevdiyim bir nüansı da paylaşmaq istəyirəm. Bəzən avara, bacarıqsız dediyimiz insanlar əslində elə bacarıqlı olur ki, insan inana bilmir. Bu səbəbdən insanın sevdiyi işdə çalışması çox gözəldi. İnsanın cəmiyyətə faydalı olması üçün mütləq universitet bitirməyə ehtiyacı yoxdu. Hansı işi ediriksə edən, sevgi, vicdan və məsuliyyətlə etməyimiz əsasdı
Məncə, bu, hər kəsin oxumalı olduğu bir əsərdi. Əgər oxumusunuzsa, sizin də fikirlərinizi öyrənmək xoş olardı. Kitabla qalın