·512 syf.··Beğendi
···Okunma: 25 Ekim 2024 00:00 Hər kəsə salam Əsər dövrünün nüfuzlu şəxslərindən olan Cahandar ağanın Allahyarın arvadı Mələyi qaçırması ilə bağlayır. Mən əsərin mövzusundan çox obrazlar haqqında fikirlərimi bildirmək istəyirəm
Cahandar ağa o dövrdə mərd biri kimi tanınır. Ədəbiyyatda isə ziddiyyətli bir obrazdı. Bir tərəfdən köhnə adətlərə bağlılığı, digər tərəfdən oğlunu Qori Müəllimlər Seminariyasına göndərməsi. Cahandar ağa mərd insan idi. Amma evli bir qadını qaçırtması namərdlik idi. Öz bacısının başına oxşar hadisə gəldikdə bunu əsla bağışlamır, qüruruna toxunur. Yaxşı insan olmasa da, Allahyarın da qüruru var idi. Əşrəfi Qoriyə göndərir, məncə, bu elmi əhəmiyyətli hesab etdiyi üçün deyildi. Əsərdəki düşüncələrini oxuyanda görürəm ki, dövrün dəyişdiyinin fərqindədi, ən kiçik hadisəyə görə polislə üz-üzə gəlməli olurlar. Hər istədiklərini edə bilmirlər. Bu səbəbdən oğlunun oxumasını faydalı hesab edir. Qonaqpərvər olsa da, hər insanı özü ilə oturub durmağa layiq bilmir
Şamxala gəldikdə isə atasına qarşı çıxır. Bu hərəkəti yaşını-başını almış atasının etməsini anasının qürurunun sınması və cəmiyyətdə biyabır olması kimi dəyərləndirirdi. Halbuki özü də buna bənzər hərəkət edir. Dostunun, ona evini açmış yaşlı kasıb bir kişinin qürurunu sındırır. Mərdlikdən danışıb namərdlik edir. Düşünür ki, "bu qız məni sevir, düz edirəm, kasıb idi, onu xilas etdim". Şamxal tamamilə atasına bənzəyirdi
Əşrəf fərqli idi. İlk başlarda - Əhmədlə qarşılaşmadan öncə atası və qardaşına bənzəsə də, Əhmədlə tanışlığı, Qoridə təhsil alması onu dəyişdirir. Dünyagörüşünü artırır və həyatını, ətrafını sorğulamağa başlayır. Kasıb və varlı təbəqə arasında təzad onu narahat edir. Uşaqların elm oxuması üçün çalışır. Mən Əşrəfin xarakterini, dəyişimini çox sevdim
Mələk, Zərnigar, Şahnigar və bir neçə qadın obrazları öz dövrünün hüquqsuz qadınları idi. Sözlərini deyə bilmir, susmaqdan başqa çarə tapmırdılar. Mən nə Mələyi, nə də Zərnigarı günahkar hesab etmirəm
Əsərdə o dövrün qayda-qanunları, Azərbaycanın ictimai-siyası vəziyyəti, bolşevik düşüncənin yaranması və s. təsvir olunur
Mən əsəri çox sevdim. Məncə, hər kəs oxumalıdı
Bəs siz Cahandar ağa haqqında nə düşünürsünüz?