9/10
·216 syf.··
2024 12. kitabı
·
5 günde okudu
·
Okunma: 19 Kasım 2024 01:14
Gənclik Coetzee’nin oxuduğum ikinci kitabı idi. İlk kitabını oxuyanda o qədər önyarğılı idim ki, düşünürdüm kitabını bitirə bilməyəcəm, amma indi necə də yanıldığımı anlayıram. İlk kitab kimi bu kitabı da çox maraqla oxudum, “Sonunda görən Con öz istəyinə çatdımı?” düşünərkən bir də baxdım ki kitabı bitirmişəm. Kitabın nədən bəhs etdiyindən danışım bir az da. Kitab mənə dərindən təsir edən kitablardan oldu, bəlkə də bu kitabı oxuyanların çoxu “Bunun nəyi insanlara bu qədər təsir edir?” deyə düşünə bilər, amma Con kimi düşünən mən üçün bu kitab çox təsirli və mənalı idi. Con həyatında anasından qaçaraq yaşamağa, öz ayaqları üstündə durmağa, hər kəsə özünü isbat etməyə çalışan bir oğlan olmaqla yanaşı həmçinin də şair olmaq arzusu ilə alışıb yanır. Bu arzularını gerçəkləşdirmək və ana basqısından qaçmaq üçün yaşadığı ölkəni tərk edən Con getdiyi şəhərdə ən tanınmış şirkətlərin birində işə girir, amma istədiyi iş ortamının, işin bu olmadığını anlayaraq bu işdən də çıxır. Con hər zaman möhtəşəm və təsadüfü sevgi tapa biləcəyinə inan bir insan idi. O inanırdı ki, həyatının qadını onu gəlib tapacaq və şeirlərdəki kimi çox möhtəşəm sevgi yaşayacaq, amma bu xəyallarını da gerçəkləşdirə bilmir. Bundan sonra düşünür ki, səhv ölkəyə gəlib, o əslində sevgi ölkəsi olan Parisə getməli imiş, amma bu düşüncəsindən də tezliklə uzaqlaşır. Çox fikirləşdikdən sonra başqa bir şirkətdə işə girir, burada oxuduğu sahə üzrə işləməyə başlayır və fikir vermədən günlərlə, aylarla şeir üstündə işləməməyə başlayır. Birdən fərqinə varır, varır ki, o həyatının mərkəzi etdiyi şairlik işini bir qırağa atır və özünün ən sevərək oxuduğu sahədə işləyir. Bu anlarda həyatına və özünə duyduğu nifrət get gedə azalır və əslində insanın ilkin düşüncələrinin yanlış olduğunu, həyatda hər zaman ilkin istəklərimizin düz olmadığını anlayır. Dost olduğu insanlar, həyatına girib-çıxan qadınlar hər biri ona həyatı anlamağa və ən sonunda düzgün yol tapmağına gətirib çıxarır. Kitabın sonunu oxumamışdan əvvəl düşünürdüm ki, yəqin ki sonda Con həyatının eşqini tapacaq və şair olaraq həyatına davam edəcək, amma sonu oxuyanda tamam fərqli düşüncələrə daldım. Coetzee’ni bu qədər “hafife” almamalı idim. Sonu elə bitsə idi, mənasız həyatımızı daha da mənasız edərdi. İndiki sonlaa çoox xoşbəxtəm. Bunlardan sonra oturub fikirləşəndə gördüm ki, əslində mən də Cona oxşar şeylər düşünürəm ; insanlara özümü isbat etmək, hər kəsdən uzaq olmaq, dost baxımından düzgün seçimlər etməmək və təsadüfi və həyatımın mənasına çevriləcək bir sevgi yaşayacağıma inanmaq. Bunlara baxmayaraq ümid edirəm ki, mən də ən sonda Con kimi həyatımın məqsədinin bunlar olmadığa və hər şeyin bir göz qırpımında ən yaxşı olacağına inana bilim. Bu kitabı hər kəsə oxumağa tövsiyyə edə bilərəm. Hər zaman kitablar və sevgi ilə qalmağınız diləyi ilə…
Düşünce
GənclikJ. M. Coetzee · Qanun Nəşriyyatı · 201451 okunma
·
76 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.