İlk dəfə oxuduğum güclü qadın kitabı!
9/10
·184 syf.··
2024 38. kitabı
·
9 günde okudu
·
Okunma: 22 Kasım 2024 14:50
Haradan başlasam sözün düzü bilmirəm. Çünki hələ də kitabın təsirin altındayam azca olsa da deyə bilərəm. Çünki günümüzdə olan güclü qadınlardan simvolizə olunub. Azərbaycanın da güclü qadınlarında danışmaq olar. Ona nümunə olaraq ən tanıdığımız Xocalı faciəsində əsir qalan Dürdanə Ağayevadan söhbət etmək olar. Onu tanımaq istəyirsinizsə, youtu.be/Wulb8vISoHI?si=... buradan baxa bilərsiniz və Dürdanə xanım kimi olan və səsi çıxmayan neçə qadınlar. Gələk mövzumuza. İlk başlayaq kitabımızın adına. "Zirzəmi quşu". Gəlin bunu ayıraq iki hissəyə "zirzəmi" və "quş"a. Zirzəmi bildiyimiz, zülmət qaranlıq içində olan bir yer. Quş isə göylərdə uçur və hər zaman sərbəstdi. "Zirzəmi quşu" sözünü birlikdə birləşdirsək, qaranlıq zülmət içində qalan bir quş. Bu quş oradan nə qədər çıxmaq istəsə də çıxa bilmir. Bəlkə də artıq o dərəcədə olur ki, oranı çox sevir. Onu bir sitatla nümunə gətirə bilərəm. ᴢɪʀᴢəᴍɪɴɪ ꜱᴇᴠɪʀəᴍ. ʙəᴢəɴ ᴏʀᴀ ǫᴀʏıᴛᴍᴀǫ ɪꜱᴛəʏɪʀəᴍ. ᴀʀᴀʙɪʀ ᴍəɴə ᴇʟə ɢəʟɪʀ ᴋɪ, ʏᴇʀ ꜱəꜱɪɴᴅə ᴇʟə ʙɪʟəᴄəᴍ ʏᴇɢᴀɴə ʏᴇʀ ᴏʀᴀᴅıʀ (səh158). Gəlin biraz daha da dərinə girsək adı ilə bağlı bəlkə də bu quş azad olmaq istəyir. Öz qorxusunun, narahatlıqlarını, məhdudiyyətlərindən qurtulması və öz kimliyini tapmaq istəyidir. ᴀᴢᴀᴅʟığı ʙüᴛüɴ ʀᴜʜᴜᴍʟᴀ ʜɪꜱꜱ ᴇᴅɪʀəᴍ. ᴏɴᴀ ᴅɪʟə ɢəᴛɪʀəɴᴅə ɪꜱə əᴍɪʀ ʙᴜ ᴄüʀ ᴍüʜüᴍ ᴋəʟɪᴍəɴɪ ᴋɪçɪᴋ ᴠə ᴅəʏəʀꜱɪᴢ ʜɪꜱꜱʟəʀʟə ʙᴀğʟı ɪşʟəᴛᴍəʏɪᴍə ǫᴀʀşı çıxıʀ. ᴏɴᴜɴçüɴ ᴀᴢᴀᴅʟıǫ ʙəşəʀɪ ᴍəɴᴀ ᴋəꜱʙ ᴇᴅɪʀ. ᴇʟəᴄə ᴅə ᴛᴀʀɪxɪ ʙɪʀ ᴀɴʟᴀᴍı ᴠᴀʀ (səh11). Yazıçımız baş obrazın özünü, pəncərə qarşısında pərdə aralağında küçəyə baxan Əmirin özünü adlandırmasında, ʙəᴅʙəxᴛ ᴍəɴəᴍ. ᴅüɴʏᴀʏᴀ ʙᴜ ᴅᴇşɪᴋᴅəɴ ʙᴀxıʀᴀᴍ (səh76) kimi düşüncə əksini tapır. Yazıçı həmçinin ailə münasibətin olması haqqında da danışıb. Evdə olan münasibətdən, uşaqlara necə tərbiyə verilməsindən bir şeylər danışır. ᴜşᴀǫʟᴀʀ ᴋöᴛəᴋʟə ʙöʏüᴍəᴢ. ᴜşᴀǫʟᴀʀ ᴛəʜǫɪʀʟə ʙöʏüᴍəᴢ. ʙᴏʏ ᴀᴛᴀʀ, ᴀᴍᴍᴀ əꜱʟᴀ ʙöʏüᴍəᴢʟəʀ(səh88); ᴀɴᴀᴍʟᴀ ʙɪʀ-ɪᴋɪ ᴋəʟᴍə ꜱöᴢ ᴋəꜱᴍəᴍɪşᴅəɴ ǫᴀʙᴀǫ ᴏᴛᴀǫ ʙᴏʏᴜɴᴄᴀ ʏᴇᴅᴅɪ-ꜱəᴋᴋɪᴢ ᴅəꜰə ᴠᴀʀ-ɢəʟ ᴇᴅɪʙ, ᴏ ʙᴀş-ʙᴜ ʙᴀşᴀ ᴀᴅᴅıᴍʟᴀʏıʀᴅıᴍ. ᴄᴀɴıᴍ ʙᴏğᴀᴢıᴍᴀ ʏığıʟᴀʀ, ᴋəʟᴍəʟəʀ ǫᴜʏᴜɴᴜɴ ᴅɪʙɪɴə ɪʟɪşᴍɪş ᴋɪᴍɪ ʏᴜxᴀʀı çıxᴍᴀǫ ʙɪʟᴍəᴢᴅɪ (səh25). Belə hallar ölkəmizdə ya da digər başqa ölkələrdə belə hadisələr çox görürük. Əgər ailədə bir övlad varsa, ona dəyər verilməlidir. İstər oğlan olsun, istər qız olsun. Əsasən də qız uşağına sevgi verənlər azdı. Qız uşağını böyüdərkən sərt olmaq lazım deyil, sərt olanda o tənhalığa qaçacaq. Lap sərbəstlik buranda ipi açılacaq. Yeri gələndə hə, yeri gələndə yox deməyi bacarılmalıdır qız övladına. Çox söz demək olar bu haqqda və onunla kifayət qədər YouTube səhifəsində doludur. Ümid edirəm ki, etdiyim təhlil xoşunuza gəlmişdir. Hər kəsə oxumasını tövsiyə edirəm. Oxuyun, oxutdurun!
Zirzəmi QuşuFeriba Vefi · Parlaq İmzalar · 2023241 okunma
·
57 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.