Gönderi

İnsanlıq bu imişsə, nifrət,binlərcə nifrət!
Puan vermedi·233 syf.··
2024 56. kitabı
·
11 saatte okudu
·
Okunma: 24 Kasım 2024 10:50
Müəllif obrazların daxili aləmini ustalıqla çatdırmağı bacarmışdır. Əsəri maraqlı və həyacanlı şəkildə oxuyarkən xəyanətin çox ağır nəticələr verdiyinin şahidi oldum. Əsərdə olan obrazların bir qismi qadın obrazını xəyanətlərin əsas səbəbkarı kimi qəbul edirlər,fəqət yalnız qadının günahkar kimi bilinməsi düzgün bir fikir olmamasının fərqinə varmırlar. Bu məsələdə Frida Kahlonun dediyi fikri qeyd etmək tam yerinə düşər: "Əxlaq və namus deyincə sadəcə qadından danışmağa başlayan hər kəs əxlaqsız və namussuzdur". Əsərdə iki cəbhənin yarandığını görə bilərik. Daim xəyanətə meyilli olan tərəf və ailə münasibətlərinə xüsusi dəyər verən qadın obrazımız Gövərçin. Öz səhvlərinin nəticəsi olaraq baş qəhrəmanımız olan Cəlal övladının qatili olur. Sonda Cəlal öz səhvini başa düşür. Fəqət artıq hər şey əvvəlki kimi olmayacaqdı, övladını,ailəsinin sevgisini geri qaytara bilməyəcəkdi. Ətrafdakıları onu bağışlasa da, özünü heç vaxt bağışlaya bilməzdi. Ən əsası isə bu vicdan əzabı ilə yaşaya bilməzdi. Və sonda bütün bu acılardan qurtulmaq üçün obrazımız ölmü üstün tutur.
UçurumHüseyn Cavid · Amea Yayınları · 202021 okunma
·
101 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.