Əksər qadın xoşbəxt ailə arzusuyla yola çıxır,xəyalındakı xoşbəxtliyin təsəvvürü onu məst edir.Reallığı düşünmür, inanır ki, həyatındakı hər çətinliyi məhz bu yuvada atladacaq.Yoxsa gözləntilərlə gerçəkliklər arasında uçurumla rastlaşacağın ağlından keçirmir ki..Qurduğu “isti yuva” da ondan yalnız ailə işləriylə məhdudlanmağı,özünü fədakarlıqla ailəyə həsr etməsini, “fədakar ana və həyat yoldaşı” rolunda olmasını və daha artığını da gözləyir.Qadın da isti yuvanın axtarışında öz arzularından,hədəflərindən vaz keçərək ailəni hər şeydən üstün tutmağa çalışır(ilk növbədə sosial həyat,karyerasın kənara atmalı olur),bununla istədiyi xoşbəxtliyi tapacağını sanır, sonda nə olur, nəinki istilik, nəfəs almaq üçün azadlıq belə tapa bilmir. Halbuki, xəyalındakı “isti yuva” qarşılıqlı dəstək, sevgi və anlayışın hakim olduğu ailə idi.
Tural Nağızadə Sevgi,qayğı görmək arzusudur,məncə.Öz daxili boşluğunu başqasının sevgisiylə doldurmağa çalışır.Nəticə olaraq, xoşbəxtliyi başqalarının əlində olur.