·440 syf.··Beğendi
···Okunma: 24 Kasım 2024 18:52 Spoilər verməyəcəm,çünki bu kitabı öz incələməmlə nə qədər tam izah edə biləcəyimə inanmıram.
Həqiqətən çoxx sevdiyim kitab oldu.Oxuduqca əlimdən yerə qoya bilmədim.O qədər axıcı,maraqlı bir əsər olduki bitməsini istəmirdim.İlk dəfədiki bir kitabı bu qədər tez bitirə bildim.kitabxanamda məni gözləyən bu kitabı gözlətməyimə əslində sevindim,çünki yaş artıqca bu cür əsərlərin mənasını daha aydın başa düşə bilirəm.
Başqa dünyanın adamları olan Darsi və Elizabetin bir-birlərini görməsi onların sevgiyə münasibətinə böyük təsir göstərdi.Kənardan lovğa,təkəbbürlü görünən Darsi sevgi nəticəsində əslində daxilən necə xeyirxah,nəcib və dünya dolu bir insan olduğunu sübut etdi.zərif,gözəl,ağıllı ancaq açıq sözlü olan Elizabet Darsini düzgün qiymətləndirmir.Ancaq hər ikisinin qəlbində getdikcə böyük sevgi hissi yaranmağa başladı.
Ən çox dəyər verdiyim hissə isə Darsinin Elizabetin sözlərindən dərs çıxarması oldu.Həqiqətən sevən insan sevdiyinə görə hər şey edər:)