Salam, incələmə yazanda xüsusilə ehtiyatlı olmaq lazımdı deyə düşünürəm. Çünki, kitab oxumaqda digər bütün məşğuliyyətlər kimi zaman alır. Ona görə də düzgün seçim etmək lazımdı. Bu kitab isə düzgün seçim ola bilər, amma şəxsi inkişafla bağlı ilk dəfə kitab oxuyanlar üçün. Sadə izah olunub və demək olar ki eyni şeylər yazılıb. Amma yazıçının öz həyat təcrübələri ilə bağlıdı. Ümumiyyətlə şəxsi inkişaf kitablarının çoxunun məğzi düşünürəm oxşardı. Sadəcə oxuduğumuz zaman fərqlidi. İnsan həyatının bəzi zamanlarında bildiyi doğruları belə təkrar eşitmək, oxumaq istəyir və ehtiyac duyur. Ki məndə bu günlərdə bənzər zaman dilimində idim. Yeni öyrəndiyim çox bir məlumat olmadı, amma maraqlı və axıcı idi.