·184 syf.····Okunma: 07 Aralık 2024 09:17 Tarixi romanlara marağım bir başqadır. Cəlaliyyə bir çox duyğunu məndə oyandırdı. Qadın əzmini, gücünü, səbrini, təmkinini Cəlaliyyə timsalında aydın görürük. Heç belə yaxşı olacağını gözləmirdim bəyəndim. Yazar şeirsəl dillə romanı bəzəmişdi sanki. Əla idi. Ümumi hadisələr Naxçıvanda cərəyan edir. Cəlaliyyə xanım isə Naxçıvana başçılıq edənlərdən biri olur. Hakimiyyəti dönəmində sırf qadın olduğu üçün başına gələnlər hələ o dönəmlərdən bu ayrı seçkili aydın görə bilirik. Qısa kitab olmasına baxmayaraq hadisələrin axışı, ümumi mesajlar sonda sanki qalın bir roman oxumuşam hissini verdi. Cəlaliyyə çox şey yaşayır amma bütün bunlar onu sındırmır əksinə daha da gücləndirir...
Oxumağa dəyərdi 8/10