Kitabdan çıxartdığım nəticələr:
1)Qisməti gözləmək deyil yaratmaq lazımdır. Bir şey qismətində deyilsə hara fırlanırsa fırlansın yenə qismətində olmayacaq. Kitab bunu çox yaxşı dərk etdirir.
2)Zaman yönü dəyişəbilən bir axardır: istəsən öz xeyrinə yönəlt elə yaşa, istəsən sadəcə axarı izlə və sona yaxınlaş.
3)Aza qane olmaq çoxun axtarışında əlindəkini də itirmək qorxusundan qaynaqlanır. Covanni Droqo Bastiani Qalasına gələndən sonra sadəcə ümid və qorxu ilə yaşayırdı. Qalada düşmən əsirlər yox idi amma bu 2 hiss bütün Qala sakinlərini çoxdan tutub saxlamış və həbs etmişdi.