·80 syf.····Okunma: 08 Aralık 2024 21:08 İlk öncə sözə KİTABIN ÜZ QAPAĞINA ÜRƏYİM GETDİ deyə başlamaq istəyirəm.
İl sonunda elə yenicə çıxmış İkimizin dilində şeir kitabını oxumaq istədim. 2024ün son ayı olduğu üçün daha seçici davranıb sadəcə zövq alacağım kitabları seçməyə çalışıram. Bu baxımdan İkimizin dilində məni yanıltmadı. Şeirlərin hər birində duyğusal dərinliyi hiss etmək olurdu. Dönüb dönüb qayıdacağım, arabir yenidən vərəqləyəcəyim bir kitab oldu mənim üçün. Şeirlərin hamısını bura alıntı olaraq əlavə etməmək üçün özümü güclə saxladım. Yazarın ilk kitabı olmasına baxmayaraq "ilkin günahı olmaz" sözünün arxasına sığınmayıb. Şeirlərin hamısı elə bil seçmə idi. Dili də olduqca oxunaqlı və axıcı idi. Yazara uğurlar arzulayıram, axarıncı olsun!