Gönderi

Puan vermedi·96 syf.··
2024 76. kitabı
·
30 saatte okudu
·
Okunma: 15 Ağustos 2024 22:54
“Atama məktub”… Bir uşaq üçün ata obrazının nə qədər önəmli olduğu hamımıza məlumdur. Onlar tərəfindən əzizlənmək, dinlənilmək, müdafiə olunmaq hissini heç bir şey əvəz edə bilməz. Bəzən atalarımız düşünürlərki, nə qədər sevgilərini çox göstərsələr uşaqları “şımarar”. Onların nəvazişindən əksik böyüməkdənsə, qoy elə biz sevgidən “şımaraq”. Bu həyatda hər şey vaxtında gözəldir. Düşünək ki, biz bir bağbanıq. Bağımızda ən gözəl gülü yetişdirməkdir məqsədimiz. Elə isə onun nəvazişinə kökdən başlayaq. Axı o böyüyüb, qönçələri ilə bizim qəlbimizi isidəcək, sevgimizin, qayğımızın bəhrəsini verəcək:) Körpələrin qəlbinə gedən yol da bu sevgidən keçir. İnanın heç bir uşaq sevgidən “qudurmur” amma sevgisizlikdən əzab çəkərək, dünyanı həm özünə həm də digərlərinə zindan edir. Keçək kitaba… Herman Kafka çox çətinliklə kasıblıqdan zənginliyə keçid etmiş, gücünü əldə edərək öz uşaqlarını da güclü böyütmək istəyən bir atadır. Amma seçdiyi yol onun uşaqlarının nəyinki güclü, hətta özgüvənsiz böyümələrinə səbəb oldu. Həyatının bütün əksikliklərində özünü atasına sübut etmə cəhdləri vardı. Böyüsə də daxilindəki o natamamlıq hissi onu tərk etmirdi. O da çarəni yazmaqda gördü. Bu məktublar Kafkanın qəlbində qopan fırtınalardan, atasına deyə bilmədiyi etiraflardan, ən əsası daxilindəki uşağın sevgiyə nə qədər ehtiyacı olduğunun hayqırışlarından ibarətdir. Bu dünyaya sevgi dolu uşaqlar gərəkdir. #franskafka#atamaməktub#babamamektub#parlaqimzalar#lifeinbooks
Atama MəktubFranz Kafka · Parlaq imzalar · 054bin okunma
·
43 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.