·420 syf.····Okunma: 10 Aralık 2024 10:22 Bugünkü kitab müzakirəmiz, ilk "spiritualizm fəlsəfəsi"ndə yazılmış kitab hesab olunan Ruhlarla söhbət haqqındadır. Allan Kardec bu mövzularla bağlı dövrünə qədər yaranmış bütün sualların cavablarını məhz bu kitabda bir araya toplayıb. Bu kitab ilk olaraq Fransada yayılsa da, Avropaya və daha sonra Şimali Amerikaya qədər genişlənmişdir. Ən maraqlısı isə odur ki, Cənubi Amerika spiritualizmin əsas mərkəzlərindən birinə çevrilmişdir.
Gəlin kitabın məzmununa nəzər salaq. Kitab 4 hissədən ibarətdir və hər biri ayrıca fəsillərdən təşkil olunub:
1. Birinci kitab: İlk səbəblər
2. İkinci kitab: Ruhlar dünyası
3. Üçüncü kitab: Əxlaq qanunları
4. Dördüncü kitab: Ümid və təsəlli
Birinci kitab: İlk səbəblər
Burada spiritualizm fəlsəfəsi, kainatın və materiyanın mənşəyi, eləcə də Tanrının varlığı və işarələri müzakirə olunur.
İkinci kitab: Ruhlar dünyası
Bu hissədə ruhların bədəndə təcəssümü, həyatı, ölü insanın yenidən qayıdışı, ruhların bizə həyatda etdiyi müdaxilələr və digər maraqlı mövzular əhatə olunur.
Üçüncü kitab: Əxlaq qanunları
Burada sitayiş, müdafiə, azadlıq, bərabərlik və digər əxlaqi məsələlərdən bəhs edilir.
Dördüncü kitab: Ümid və təsəlli
Sonuncu hissədə isə həyatın şirin və acı tərəfləri, gələcək həyatda mükafat və cəzalarımız müzakirə olunur.
Ümumilikdə, fəlsəfəyə marağınız varsa, bu kitabı sevə bilərsiniz. Onu oxuyandan sonra nə ateist olacaqsınız, nə də gecələr ruhlarla danışacaqsınız :D