...adam olmağı bacarmayan, dəblə ayaqlaşmaq üçün kitab oxuyan, oxuduqlarına görə özünə ən yüksək dəyəri verib ən ali bir insan kimi təqdim edən, əldə etdiyi bilik və bacarıqları təbiətin məhvinə yönləndirən, vəhşi təbiətin ən vəhşi varlığına çevrilən, şəhvət və şöhrətin əsiri olan yüzlərlə insan görə bilərik. Boğazında qalstuk, gözündə ziyalılığın simvolu kimi dərk etdiyi eynək, əynində kostyum olan kor əbləhlər kitabla yüklənmiş eşşəyi xatırladır.